×
A
A
A
Sazlamalar

Yaponiya Ukraynaya 30 ton humanitar yardım göndərəcək

Tokio, 27 may, AZƏRTAC
Yaponiya Ukraynaya xilasetmə əməliyyatları zamanı istifadəsi nəzərdə tutulan 30 ton ağırlığında müxtəlif əşyalar və avadanlıq göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 27-də Yaponiya Daxili İşlər və Kommunikasiyalar Nazirliyinin saytında yayılan məlumatda bildirilir. Qeyd edilir ki, Tokio Kiyevə yanğınsöndürənlər üçün xüsusi geyimlər, rabitə vasitələri və süni peyk telefonları göndərəcək. Həmin yükün ayın sonlarında Polşaya və oradan Ukraynaya göndərilməsi planlaşıdırılır.
Xəbər verdiyimiz kimi, Yaponiya hökuməti mayın 19-da Ukraynaya göstərilən humanitar maliyyə yardımının iki dəfə artırılması və onun 600 milyon dollara çatdırılması barədə qərar qəbul edib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-05-27 07:41:00