Bakıda həndbol üzrə seminar keçirilib
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Həndbol Federasiyasının(AHF) hakim vəzifəsinə namizədlərin seçilməsi üçün təşkil etdiyi seminar işə başlayıb.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar beynəlxalq dərəcəli hakimlərimiz İsgəndər Əsgərov, Ələkbər Ağakişiyev, Vaqif Əliyev və Ernest Ağakişi tərəfindən aparılıb.
Seminar iştirakçılarına Beynəlxalq Həndbol Federasiyasının “Oyun Qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Bununla yanaşı, çimərlik həndbolu ilə tanışlıq, həmin idman növünün hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Seminar zamanı yeni qaydalar həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.
Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən seminarda 30-a yaxın namizəd iştirak edib.
Sonda seminar iştirakçıları onlar üçün hazırlanmış test imtahanında iştirak edəcəklər. Seminarı uğurla başa vuran namizədlərə AHF tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd olunub ki, yeni qaydalar daxili yarışlarda iyulun 22-dən etibarən tətbiq ediləcək.
Dünya Badminton Günü ilə bağlı Qusarda tədbir keçirilib
“Zirə” klubu futbolçusu Sərtan Taşkınla müqaviləni yeniləyib
“Lex” – “Qarabağ” matçına 22 mindən çox bilet satılıb
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Belarusda davam etdirəcək
Jurnalistlər arasında voleybol üzrə “Zəfər kuboku” yarışı keçiriləcək