“Zaqatala Modern Hazırlıq Mərkəzi” MMC 20 min manat məbləğində cərimələnib
Bakı, 26 may, AZƏRTAC
“Zaqatala Modern Hazırlıq Mərkəzi” MMC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla MMC tərəfindən bir nəfərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyənləşdirilib. Faktla bağlı MMC-nin direktoru Vüqar Bəkirov və MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, vəzifəli şəxslə bağlı qərarın surəti zəruri sənədlərlə birlikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsinə, hüquqi şəxslə bağlı qərarın surəti isə aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilib.
Nəticədə Vüqar Bəkirov 4200 manat, “Zaqatala Modern Hazırlıq Mərkəzi” MMC isə 20 min manat məbləğində inzibati qaydada cərimə edilib.
Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək saxlanılıblar
Gəncə şəhər sakininin bank hesabından pul oğurlayan əvvəllər məhkum olunmuş şəxs yaxalanıb
FHN: Ötən sutka ərzində 108 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün açılması təmin olunub