×
A
A
A
Sazlamalar

Ölkənin bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı, 26 may, AZƏRTAC

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Cəmiyyət 2022-05-26 21:38:00