Azərbaycan komandası universal döyüş üzrə dünya çempionatında iştirak edir
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Özbəkistanın paytaxtı Daşkənddə universal döyüşün layt və klassik versiyalarında yeniyetmələr, gənclər və böyüklər arasında dünya çempionatı start götürüb.
Azərbaycan Universal Döyüş Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həvəskar və peşəkar idmançılar arasında keçirilən bu yarışda ölkəmiz 20 nəfərlik heyətlə təmsil olunur. Federasiya rəsmiləri, eləcə də məşqçilər idmançılarımızın yarışa yüksək səviyyədə hazırlaşdıqlarını qeyd ediblər.
Baş məşqçilər Elşən İsmayılov və Yaqub İbrahimovun rəhbərliyi ilə dünya çempionatına hazırlıqlar bu günlərdə başa çatıb. Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Elşən İsmayılov yetirmələrinin dünya çempionatında ölkəmizi layiqincə təmsil edəcəklərinə əmin olduğunu bildirib.
Federasiyanın prezidenti, SSRİ İdman ustası, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Azər Həsənov da yığma komandanın hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Yarış mayın 29-dək davam edəcək.
İsrailli məşqçi: Milli Gimnastika Arenasında məşq etmək xoşumuza gəlir
“Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunun adı dəyişdirilib
Qadın güləşçilərimiz iki rekorda imza atıblar
Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Azərbaycan güləşçisi Birgül Soltanova U-20 Avropa çempionatında qızıl medal qazanıb