Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş
Bakı, 26 may, AZƏRTAC
Xəzər Universitetində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşü universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq, təhsil krediti haqqında məlumat verib.
Fondun Maliyyə şöbəsinin müdiri Tehranağa Abdullayev və əməkdaşı Ağca Məmmədova təhsil kreditinin şərtləri haqqında danışıblar.
Sonda Fondun nümayəndələri tələbələrin suallarını cavablandırıblar.
Emil Nəsirli Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü seçilib
MDU-nun rektoru Şahin Bayramov məzunları təbrik edib
Bakı Dövlət Universiteti təntənəli “Məzun günü” keçirib