×
A
A
A
Sazlamalar

“Hoffenhaym” klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 26 may, AZƏRTAC

Almaniyanın “Hoffenhaym” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, komandanı Andre Braytenrayter çalışdıracaq. Qırx səkkiz yaşlı mütəxəssislə 2024-cü il iyunun 30-dək müqavilə imzalanıb.
Qeyd edək ki, A.Braytenrayter bu vəzifədə Sebastyan Hönessi əvəzləyib.

 

 

İdman 2022-05-26 18:40:00