×
A
A
A
Sazlamalar

Azərbaycan paraatletləri İsveçrə Qran-Pri yarışında daha 3 medal qazanıblar

Bakı, 26 may, AZƏRTAC
İsveçrənin Nottvil şəhərində keçirilən paraatletika üzrə Qran-Pri yarışında Azərbaycan təmsilçiləri daha 3 medal qazandılar.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nüvə itələmə növündə iştirak edən idmançılarımız Elvin Astanov (F53) 8,28, Oloxan Musayev (F55) isə 10,43 metr nəticə ilə qızıl medal qazanıblar. Digər təmsilçimiz Arzuman Paxırov (F55) 7,25 metrlik nəticə göstərərək gümüş medala sahib olub.
Daha əvvəl nüvə itələmə növündə çıxış edən paraatletimiz Samir Nəbiyev (F57) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

İdman 2022-05-26 20:36:00