×
A
A
A
Sazlamalar

Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid ailələri və qazilərlə görüşüb

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Milli Məclis sədrinin müavini Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində şəhid ailələrinin nümayəndələri, qazilər və seçicilərlə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə vətəndaşların qaldırdıqları sosial, humanitar, tibbi məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. Digər müraciətlərin həlli məqsədilə aidiyyəti qurumlara məktublar ünvanlanıb.
Tədbirdə Adil Əliyev görüş iştirakçılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edərək, dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq, quruculuq işləri barədə geniş məlumat verib. Bildirib ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri müxtəlif festivallara, tədbirlərə ev sahibliyi edir.
Çıxış edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Cəmiyyət 2022-05-26 20:17:00