×
A
A
A
Sazlamalar

“Sabah” futbolçusu Aleksey İsayevlə yeni müqavilə imzalayıb

Bakı, 26 may, AZƏRTAC

Bakının “Sabah” klubu futbolçusu Aleksey İsayevlə yeni müqavilə imzalayıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2025-ci ilin mayınadək nəzərdə tutulub.
A.İsayev 2020-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır. O, bu müddətdə komandanın heyətində 50 oyun keçirib, 7 qola imza atıb.

 

 

 

İdman 2022-05-26 19:21:00