Bakı Reabilitasiya Mərkəzinin pasiyentlərinin əksəriyyətini 2-ci Qarabağ müharibəsi qaziləri təşkil edir
Bakı, 26 may, AZƏRTAC
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində Tibbi reabilitasiya şöbəsi və Sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsi olmaqla 2 şöbə fəaliyyət göstərir.
Pasiyentlərimizin əsasını 2-ci Qarabağ müharibəsi qaziləri təşkil edir. Müalicə zamanı ampultasiya olunmuş nahiyədə fizioterapevtik müalicələr, masaj, parafinoterapiya və müalicəvi bədən tərbiyəsi aparılır. Eyni zamanda, qazilərimizə psixioloji reabilitasiya məqsədilə psixoloqla seanslar keçirilir. Bu da onların depressiyadan çıxmasına və əhval-ruhiyyələrinin yaxşılaşmasına müsbət təsir göstərir”.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Reabilitasiya Mərkəzinin direktoru Şahin Qurbanov deyib.
“Müalicə proqramı hər xəstəyə fərdi şəkildə tərtib edilir, bu da müalicədən yüksək terapevtik effekt almağa köməklik göstərir. Mərkəzə daxil olan bütün şəxslərə fərdi şəkildə psixoloji konsultasiyalar və ehtiyacı olanlara psixoloji seanslar keçirilir”.
Nəsimi rayonunun Mirəli Qaşqay küçəsindəki 24 nömrəli binada təmir bərpa işlərinə başlanılıb
Azərbaycanla Qətər arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İyun ayında Gənclər Təşkilatlarının Resurs Mərkəzinin imkanlarından 1950 gənc yararlanıb
“Könüllü DOST” proqramına 3 ildə 2 min 243 şəxs cəlb olunub
Vətən müharibəsi əlilləri də daxil olmaqla 24 nəfərə peşə şəhadətnamələri təqdim edilib