×
A
A
A
Sazlamalar

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycanda 30 illik fəaliyyətimiz ərzində dünya səviyyəli enerji layihələrinin əməliyyatçısı olmağımızla, bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməyimizlə qürur duyuruq.
BP şirkəti Azərbaycanla əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, rifah və tərəqqi arzulayıram.
Hörmətlə,

 

Qəri Counz
BP-nin Azərbaycan, Gürcüstan və
Türkiyə üzrə regional prezidenti

Məktublar 2022-05-26 19:30:00