×
A
A
A
Sazlamalar

Maarifləndirici tədbirdə narkomaniyanın fəsadlarından danışılıb

Tərtər, 26 may, AZƏRTAC

Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qapanlı kənd tam orta məktəbində şagirdlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə kənd ərazisindəki Şəhidlər abidəsinin önünə gül çiçək-dəstələri düzülüb, Vətən uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin iclas zalında davam etdirilən tədbirdə Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov çıxış edərək, narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda narkotiklərin törətdiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-05-26 18:34:00