Göyçay çayında sel sularının dağıtdığı bənd bərpa edilib VİDEO
Göyçay, 26 may, R.Türkoğlu, AZƏRTAC
Son günlər havaların yağmurlu keçməsi səbəbindən Göyçay çayında suyun səviyyəsi ötən gün səhər saatlarından xeyli artıb. Nəticədə Ucar rayonunun Lək kəndindən keçən hissəsində çay məcrasından çıxıb.
AZƏRTAC xəbər verir ki, sel kənd istiqamətində bəndi yarıb. Təhlükənin ciddiliyi nəzərə alınaraq hadisə yerinə Ucar Rayon Suvarma Sistemləri İdarəsinin Sabirabad və Zərdab rayonlarının müvafiq qurumlarının canlı qüvvəsi və onlarla texnikası cəlb olunub, yarılan bənd bərpa edilib.
Təhlükəli olan ərazilərdə bənd-bərkitmə işləri davam etdirilir. Hazırda körpülərə yığılıb qalan palçıq qatı Ucar Suvarma Sistemləri İdarəsinin texnikaları vasitəsi ilə təmizlənir və çayın sahilinə nəzarət gücləndirilib.
Uçqunun qarşısı vaxtında alındığından kənd sakinlərinin əkin sahələrinə, fərdi yaşayış evlərinə ziyan dəyməyib.
Mingəçevir Dövlət Universitetində magistrantların növbəti “Poster sessiyası” təşkil edilib
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib
Nazir Rəşad Nəbiyev Şamaxıda gənclərlə İKT sektorundakı yenilikləri müzakirə edib
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib