Böyük Britaniyada gün ərzində 7 nəfərdə meymun çiçəyi virusu aşkar edilib
Bakı, 26 may, AZƏRTAC
Böyük Britaniyada gün ərzində 7 nəfərdə meymun çiçəyi virusu aşkar edilib.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, Böyük Britaniyada bu virusa yoluxma hallarında artım davam edir.
Aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymun çiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Avstraliya, Belçika, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə də yoluxma halları qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymun çiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1 faiz ilə 10 faiz arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.
Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisi Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib
İyulun 4-də Azərbaycanda COVID-19 əleyhinə 41 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 17 yoluxma faktı qeydə alınıb
Uşaq Endokrinoloqlarının birinci Konqresi keçirilib
Fiziki aktivlik bədəni depressiya, qorxu və stresdən qoruyur