×
A
A
A
Sazlamalar

Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin hərbi qulluqçusu xidmət yerindən kənarda intihar edib

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar edib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ilkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.



Hadisə 2022-05-26 18:19:00