Onlayn seminar: Səhiyyə iqtisadiyyatının tədrisi
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Səhiyyə iqtisadiyyatının tədrisi: dünya təcrübəsi və Azərbaycan nümunəsi” mövzusunda onlayn seminar keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Mərkəzin rəhbəri Sevda Məmmədova seminarın açılışında bildirib ki, səhiyyə ölkə əhalisinin sağlamlığının qorunmasını təmin edən müasir sosial-iqtisadi sistemin ən vacib sahələrindən biridir. Dünya ölkələrində səhiyyə iqtisadiyyatının bir fənn kimi tədris olunması təcrübəsinin mövcudluğuna baxmayaraq, bu məsələ müasir Azərbaycan şəraitində dərin təhlil və müzakirə tələb edir.
UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin tədqiqatçısı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Kulikov təqdimatla çıxış edərək bildirib ki, səhiyyə iqtisadiyyatı təkcə iqtisadi təfəkkürün səhiyyə sisteminə necə nüfuz etdiyini öyrənən bir elm deyil, həm də insanlar üçün vacib olan dəyərləri, insanların səhiyyə sistemindən əldə etdikləri nəticələrə dəyər əlavə etməyin yollarını öyrənir.
Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə məzun günü təşkil edilib
Azərbaycan Texniki Universitetində magistraturaya ixtisas seçimi aparılır
Uşaq musiqi məktəblərinə işə qəbul üçün test imtahanına qeydiyyat davam edir
Azərbaycanın folklorşünas alimləri Türkiyədə beynəlxalq tədbirdə iştirak ediblər
I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır