Musiqili Teatrda xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm sərgisi açılacaq
Bakı, 26 may, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UAFA-nın (Azərbaycana Birgə Yardım Təşkilatı) layihəsi əsasında yaradıcı təhsil alan xüsusi qayğıya ehtiyacı olan (əlilliyi olan) uşaqların “Qarabağ” mövzusunda sərgisi açılacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sərginin ideya müəllifi Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, kuratoru isə teatrın baş rəssamı Vüsal Rəhimdir.
Sərginin sonunda layihədə iştirak edən uşaqlara teatr tərəfindən həvəsləndirici diplomlar veriləcək.
Daha sonra sərgi iştirakçıları librettosu və quruluşu rejissor Zəhra Quliyevaya aid olan “Qırmızı papaq və Redmüzi” müzıklına xüsusi qonaq qismində tamaşa edəcəklər.
Musiqili Teatr bütün balaca tamaşaçıları sərgiyə və eyni zamanda həmin gün saat 12:00 və 14:00-da nümayişi nəzərdə tutulan “Qırmızı papaq və Redmüzi” tamaşana baxmağa dəvət edir.
Elvis Preslinin uşaqlıqda yaşadığı ev sökülmüş halda hərraca çıxarılacaq
“Ceyms Bond”un prodüseri yeni filmin çəkiliş tarixini açıqlayıb
Məmməd Səid Ordubadinin 150 illiyi münasibətilə tədbir keçirilib
“Təyinat məntəqəsi”nin yeni bölümünün çəkilişlərinə başlanılır