×
A
A
A
Sazlamalar

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri və təsisçilərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.
Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycanın hökumətinə və xalqına Allah-Taaladan daha çox tərəqqi və rifah diləyirik.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylərini əsirgəmir.
Qoy doğma Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın.
Ən səmimi arzularımızı və salamlarımızı qəbul edin.
Dərin hörmətlə,

 

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri və təsisçiləri:

Əli Cümə - Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər komitəsinin sədri, professor;
Usamə əl-Əbd – Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin müavini, professor;
Əl-Seyyid Mahmud əl-Şərif – Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir parlamenti sədrinin sabiq birinci müavini;
Yusif əl-Şərqavi - Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri;
Adil Dərviş – Misir Helvan Universitetinin professoru, Misir Mədəniyyət Mərkəzinin Azərbaycan Respublikasındakı keçmiş direktoru;
Bağdadi İmam - Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin Baş direktoru;
Tövhid Məhəmməd – müşavir, vəkil;
Midhət Camal – general, Misir əl-Xeyir Fondunda "İbn əs-Səbil" layihəsinin rəhbəri;
Usamə Əbdürrəhman – Helvan Universitetinin professoru;
Mona Zidan – Helvan Universitetinin professoru;
Əhməd Əbdu Tarabek – Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist;
Mustafa Hicazi – "Orange" şirkətinin Baş direktoru;
Seymur Nəsirov – Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və Misirdəki Azərbaycan diasporunun sədri

Məktublar 2022-05-26 17:55:00