Musiqi məktəbinin şagirdləri növbəti konsertə hazırlaşır
Bakı, 26 may, AZƏRTAC
Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzi ilə birgə “Mədəniyyət tariximizin işıqları” adlı konsert proqramı ilə çıxış edəcək.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert Gəncə Dövlət Filarmoniyasında təşkil olunacaq.
Şuşa teatrı azyaşlı tamaşaçılarını sevindirəcək
“Özünü kəşf et” proqramı çərçivəsində ustad dərsləri davam edir