“TEKNOFEST Azərbaycan”ın sərgi hissəsində PUA-lar, zirehli texnikalar və helikopterlər nümayiş etdirilir
Bakı, 26 may, AZƏRTAC
“TEKNOFEST Azərbaycan” festivalının sərgi hissəsində Azərbaycandan 9-u nazirlik olmaqla 14 dövlət qurumu, Türkiyədən isə 48 dövlət qurumunun, şirkətlərin və universitetlərin stendləri qurulub.
AZƏRTAC xəbər verir ki, stendlərdə texnoloji məhsul və həllər, eləcə də ali və ümumtəhsil müəssisələrində təhsil alan gənclərin hazırladıqları prototiplər və STEM layihələri nümayiş olunur, açıq ərazidə yerləşən statik məkanlarda isə PUA-lar, zirehli texnikalar və helikopterlər sərgilənir.
Sərgilənən hərbi texnikalara dronlar – “AKINCI”, “Bayraktar TB2”, “Harop”, “Hermes”, “Quzğun”, “Orbiter” və zirehli texnikalar daxildir.
Misir mətbuatı Ermənistanın növbəti hərbi təxribatından yazıb
Gənclər narkomaniyanın zərərləri barədə maarifləndiriliblər
Dövlət Miqrasiya Xidməti Lənkəranda maarifləndirmə tədbiri keçirib
Baş prokuror hakim vəzifəsinə təyin edilmiş prokurorluq əməkdaşları ilə görüşüb