Miqrasiya siyasəti Avropa şirkətləri tərəfindən ölkədə investisiya mühiti üçün ən yüksək qiymətləndirilən ilk üç yerli göstəricidən biridir
Bakı, 26 may, AZƏRTAC
Avropa İttifaqı-Azərbaycan Biznes Forumu çərçivəsində “Aİ biznes mühiti hesabatı-2021”in təqdimatı keçirilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, hesabatın məqsədi Azərbaycan biznes mühitindəki son tendensiyaları ölkəmizdə fəaliyyət göstərən Avropa şirkətlərinin perspektivindən əks etdirməkdir.
Hesabatın altıncı nəşrində sərhədlərin bağlanması və pandemiyanın bütün dünyaya gətirdiyi çətinliklərə baxmayaraq, şirkətlərin DMX-nın biznes mühitinə dəstək yanaşmasından razı qaldığı bildirilib və Miqrasiya Xidməti beş təkmilləşdirilmiş islahatdan biri kimi göstərilib. Şirkətlərin ölkəmizdəki nümayəndəlikləri hesabat dövründə Xidmətin tətbiq etdiyi yenilikləri, effektiv həll yollarını, əlçatanlığını, qurumun kommunikasiya üçün açıq olmasını, həmçinin miqrasiya xidmətlərinin rəqəmsal formasının keyfiyyətli və səmərəliliyini, əməkdaşlıq əlaqələrini xüsusilə vurğulayıblar. Hesabatda miqrasiya siyasəti Avropa şirkətləri tərəfindən ölkədə investisiya mühiti üçün ən yüksək qiymətləndirilən ilk üç yerli göstəricidən biridir.
Hesabat təcrübəli ekspertlərin iştirakı ilə keçirilən sorğuların nəticəsi, Azərbaycanda fəaliyyət göstərən 24 Avropa ölkəsindən olan 139 şirkət arasında aparılmış sorğu və 27 müsahibəyə əsasən tərtib edilib.
Qeyd edək ki, ötən illərdə çap olunmuş biznes mühiti hesabatlarında da DMX-nin açıq və şəffaf fəaliyyəti yüksək qiymətləndirilib.
“Sağlam cavan” layihəsi daha bir həftəsini geridə qoyub
“Səyyar gənclər xidməti” layihəsi bu dəfə İmişli rayonunda həyata keçirilib
Baş Prokurorluq yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb
Füzuli rayonunda kanaldan naməlum kişi meyiti tapılıb
Medianın İnkişafı Agentliyi ilə Mediasiya Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib