×
A
A
A
Sazlamalar

Mayın 26-da Azərbaycanda COVID-19 əleyhinə 3 min dozaya yaxın vaksin vurulub

Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 933 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 354, ikinci doza vaksinlərin sayı - 268, üç və daha çox doza vaksinlərin sayı – 2 min 86, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 225-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 715 min 913, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 346 min 872, ikinci mərhələ üzrə 4 milyon 848 min 256, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 275 min 580, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 245 min 205-dir.

Səhiyyə 2022-05-26 16:50:00