Sabirabad rayonunda avtomobilin su kanalına aşması nəticəsində iki nəfər ölüb
Bakı, 26 may, AZƏRTAC
Mayın 25-də saat 4 radələrində Sabirabad rayonunun Əliləmbəyli kəndi ərazisində rayon sakini R.Penciyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili su kanalına aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər, hadisə nəticəsində avtomobildə olan sərnişinlər - N.Penciyev və V.Yaqubov suda boğularaq ölüblər.
Hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək saxlanılıblar
Gəncə şəhər sakininin bank hesabından pul oğurlayan əvvəllər məhkum olunmuş şəxs yaxalanıb
FHN: Ötən sutka ərzində 108 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün açılması təmin olunub