×
A
A
A
Sazlamalar

Kitabxana ədəbiyyatımızın klassiki İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb

Bakı, 26 may, AZƏRTAC

Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda ədibin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatı və mədəniyyətinə verdiyi töhfələrdən danışılıb, eləcə də zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkarın əsərləri haqqında məlumat verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmayıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı verilib.
Qeyd edək ki, videoçarxda İlyas Əfəndiyevin şəxsi fotoalbomundan görüntülər də nümayiş etdirilib.

 

Mədəniyyət 2022-05-26 16:19:00