×
A
A
A
Sazlamalar

Göyçayda 4 otaqlı ev yanıb VİDEO

Göyçay, 26 may, AZƏRTAC

Göyçay rayonunda yanğın baş verib. Hadisə səhər saatlarında rayonun Qaraman kəndində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, kənd sakini, 1969-cu il təvəllüdlü Şəhriyar Əfəndiyevə məxsus ümumi sahəsi 196 kvadratmetr olan bir mərtəbəli 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ev tamamilə yanaraq yararsız hala düşüb. Evdə yaşayış olmadığı üçün xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

 

 

Regionlar 2022-05-26 16:13:00

Video