×
A
A
A
Sazlamalar

Xətai rayonunda oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb

Bakı, 26 may, AZƏRTAC

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə mayın 24-nə keçən Vunq Tau küçəsindəki mağazaların birindən iki ədəd notbuk və 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Şıxəliyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-05-26 16:11:00