×
A
A
A
Sazlamalar

“Kraliçanın platin yubileyi” konserti “Queen” qrupun çıxışı ilə başlayacaq

Bakı, 26 may, AZƏRTAC
İngiltərənin məşhur “Queen” qrupu gələn ayın əvvəlində keçiriləcək “Kraliçanın platin yubileyi” şənliyində digər məşhurlarla yanaşı çıxış edəcək.
AZƏRTAC guitar.com saytına istinadla xəbər verir ki, qrupa rəhbərlik edən amerikalı vokalist Adam Lambert İngiltərə kraliçasının 70 illiyi münasibətilə təşkil olunacaq konsertin açılış mərasimində səhnəyə çıxacaq.
İyunun 4-də “Kraliçanın Platin yubileyi” çərçivəsində keçiriləcək tədbir qrupun gitaraçısı Brayan Meyin 20 il bundan əvvəl sarayın damındakı məşhur çıxışına həsr olunacaq.
Növbəti çıxışın yeri ilə bağlı hər hansı məlumat vermək istəməyən Brayan Mey pərəstişkarlarını bu dəfə unikal səhnə seçimi ilə təəccübləndirəcəyinə söz verib.
Tədbirdə 22 mindən çox iştirakçının olacağı, 7.500-dən çox biletin əsas işçilərə, Silahlı Qüvvələrin üzvlərinə, könüllülərə və xeyriyyə təşkilatlarına hədiyyə ediləcəyi gözlənilir.
Dayana Ross, Hans Zimmer, Andrea Boçelli və Nayl Rodcers gün ərzində “BBC One”da canlı yayımlanan çıxışları ilə tədbirdə iştirak edəcək saysız-hesabsız adlardan yalnız bir neçəsidir.

Mədəniyyət 2022-05-26 15:37:00