Məktəblilər Bakı Slavyan Universitetində ekskursiyada olublar
Bakı, 26 may, AZƏRTAC
Bakıdakı Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri Bakı Slavyan Universitetində (BSU) ekskursiyada olublar.
Bu barədə AZƏRTAC-a BSU-dan bildirilib. Şagirdlər BSU-nun Heydər Əliyev Tədris Mərkəzi, tədris auditoriyaları, tədris-mədəniyyət mərkəzləri, elmi-tədqiqat laboratoriyaları və muzeyi ilə tanış olublar. Onlara BSU-nun tarixi, keçdiyi böyük və zəngin inkişaf yolu, universitetdə fəaliyyət göstərən fakültələr, tədris-mədəniyyət mərkəzləri, tədris olunan ixtisaslar, hazırda həyata keçirilən yeniliklər, islahatlar barədə geniş məlumat verilib.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə məzun günü təşkil edilib
Azərbaycan Texniki Universitetində magistraturaya ixtisas seçimi aparılır
Uşaq musiqi məktəblərinə işə qəbul üçün test imtahanına qeydiyyat davam edir
Azərbaycanın folklorşünas alimləri Türkiyədə beynəlxalq tədbirdə iştirak ediblər
I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır