×
A
A
A
Sazlamalar

Zaqatalada Ulu Öndərə həsr olunan şeir və mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Zaqatala, 26 may, Mustafa Dadaşov, AZƏRTAC

Mayın 26-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunan “Müasir Azərbaycanın banisi” adlı şeir və mahnı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Rayon Heydər Əliyev Mərkəzinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin yekun mərhələsində rayonun 33 ümumtəhsil məktəbini təmsil edən 93 iştirakçı birincilik uğrunda yarışıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Mərkəzin direktoru Famil Rəhimov məlumat verib.
Bildirilib ki, şeir müsabiqəsində müxtəlif yaş qrupları üzrə rayon Humanitar Fənlər Gimnaziyasının, şəhər 1 saylı və Faldar kənd tam orta məktəblərin şagirdləri Pərizat İsayeva, Məhəmməd Qaziyev və Ləman Kərimova birinci yerə layiq görülüblər. Mahnı müsabiqəsində isə akademik Zərifə Əliyeva adına liseyin şagirdi Aytac Quliyeva, Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin şagirdləri Məcid Ramazanlı və Elton Balayev qalib adını qazanıblar.
Müsabiqənin qalibləri təşkilatçılar tərəfindən fəxri fərmanlarla mükafatlandırılıblar.

 

Regionlar 2022-05-26 15:34:00