×
A
A
A
Sazlamalar

“Azərbaycan inciləri” adlı konsert proqramı təqdim olunub

Bakı, 26 may, AZƏRTAC

Bu il XX əsr Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbi silsilə tədbirlər keçirir.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ifaçının adını daşıyan musiqi məktəbinin növbəti konserti M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqisi zalında təqdim olunub.
Tədbirdə musiqi məktəbinin direktoru Bəhriyyə Allahverdiyeva çıxış edərək məktəbin 1993-cü ildən Şövkət Ələkbərovanın adını daşıdığını və 2020-ci ildən bu tədris ocağında vokal sinfinin açıldığını qeyd edib.
Sonra “Azərbaycan inciləri” adlı konsert proqramı təqdim olunub. Konsert zamanı Şövkət Ələkbərovanın ifasında dillər əzbəri olmuş bir çox xalq mahnıları şagirdlər tərəfindən peşəkarlıqla səsləndirilib.

 

Mədəniyyət 2022-05-26 15:41:00