“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “AgroTech” müsabiqəsi keçirilir
Bakı, 26 may, AZƏRTAC
“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə “AgroTech” müsabiqəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd irəli sürüləcək yeni texnologiyalarla həm əhalinin rifahının yaxşılaşdırılmasına, həm də ölkə iqtisadiyyatının inkişafına dəstək göstərməkdir. Müsabiqə tələbələr, həmçinin fərdi şəxslər və ya sahibkarlar arasında təşkil olunub.
Qeyd edək ki, son illərdə kənd təsərrüfatı sahəsində ən çox müşahidə olunan problemlər meşə və bitki örtüyünün xeyli seyrəlməsi, mədən yataqlarının qeyri-adekvat istismarı, həddindən artıq otlaq sahələri, uyğun olmayan əkin dövriyyəsi, qeyri-mütənasib gübrə istifadəsi və qlobal iqlim dəyişikliyi nəticəsində məhsuldarlığın azalmasıdır.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə məzun günü təşkil edilib
Azərbaycan Texniki Universitetində magistraturaya ixtisas seçimi aparılır
Uşaq musiqi məktəblərinə işə qəbul üçün test imtahanına qeydiyyat davam edir
Azərbaycanın folklorşünas alimləri Türkiyədə beynəlxalq tədbirdə iştirak ediblər
I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır