×
A
A
A
Sazlamalar

İsmayıllı-Lahıc yoluna qaya parçaları tökülüb

Bakı, 26 may, AZƏRTAC
İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunun 16.5-ci kilometrində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinə problemlər yaradıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Məlumata əsasən, əraziyə dərhal agentlik tərəfindən canlı qüvvə və texnika cəlb edilərək ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənərək hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər görülür.

Regionlar 2022-05-26 14:44:00