×
A
A
A
Sazlamalar

Azərbaycan dili imtahanında ikinci dəfə iştirak etmək üçün 500-ə yaxın abituriyent qeydiyyatdan keçib

Bakı, 26 may, AZƏRTAC

Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 31-i saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin səhifəsində müvafiq link vasitəsilə qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.
AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 14:35-ə olan məlumata görə, 485 abituriyent qeydiyyatdan keçib.
“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 12-də keçiriləcək.
Xatırladaq ki, 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanı vermiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmamış 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 8-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Elm və təhsil 2022-05-26 14:39:00