×
A
A
A
Sazlamalar

Saatlıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 11,1 faiz artıb

Saatlı, 26 may, Aydın Yavərzadə, AZƏRTAC

2022-сi ilin yanvar-mart ayları ərzində Saatlı rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 8 milyon 065,0 min manat olub. Bunun da 2 milyon 298,4 min manatı hüquqi, 5 milyon 766,6 min manatı isə fiziki şəxslərin payına düşüb.
Saatlı rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 806,0 min manat və ya 11,1 faiz çox deməkdir.
Göstərilən ödənişli xidmətlərin həcmindən 965,0 min manatı məişət xidməti üzrə olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 89,0 min manat və ya 10,2 faiz çoxdur.

Regionlar 2022-05-26 14:41:00