Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 26 may, AZƏRTAC
Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Sığırlı kənd sakini Güləhməd Həsənov yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Əmək hüquqlarının pozulması halları ilə bağlı cinayət işi başlanılıb
Bir neçə rayon ərazisində ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb
Dörd qadının bank hesabından dələduzluq yolu ilə pul çıxaran Gədəbəy sakini saxlanılıb
FHN: Ötən sutka ərzində 79 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Yevlax rayonunda polis əməkdaşına xəsarət yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb