×
A
A
A
Sazlamalar

Qonşusunun həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb

Bakı, 26 may, AZƏRTAC

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Emil Hacıyev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun hazırda yaşayış olmayan qonşusuna məxsus torpaq sahəsində əkərək kultivasiya yolu ilə yetişdirdiyi 37 ədəd narkotik xassəli çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-05-26 13:17:00