×
A
A
A
Sazlamalar

MEK daha bir xarici kitabxana ilə əməkdaşlıq haqqında saziş imzalayıb

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Federal Elmi İnstitutunun İctimai, Elmi, Texniki Kitabxanası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müqaviləni MEK-in baş direktoru professor Məmməd Əliyev və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Federal Elmi İnstitutunun İctimai, Elmi, Texniki Kitabxanasının direktoru İrina Lizunova imzalayıblar.
Müqaviləyə əsasən, hər iki müəssisə mədəniyyət, informasiya və kitabxana texnologiyaları, biliklərin yayılması, eləcə də elmi-tədqiqat sahəsində təcrübə mübadiləsi haqqında razılığa gəliblər.
Qeyd edək ki, MEK beynəlxalq mədəni əlaqələrin inkişafına xüsusi önəm verir. Kitabxana onlarla ölkənin bir sıra təşkilatları ilə sıx elmi-mədəni münasibətlər qurub.

 

Elm və təhsil 2022-05-26 13:15:00