Masallıda keçmiş məhkumun evində 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Bakı, 26 may, AZƏRTAC
Masallı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Heydər Nuriyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq H.Nuriyevin yaşadığı evə də baxış keçirilib.
Baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 1 kiloqram 805 qram heroin, 3 kiloqramdan artıq marixuana və 1 elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Əmək hüquqlarının pozulması halları ilə bağlı cinayət işi başlanılıb
Bir neçə rayon ərazisində ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb
Dörd qadının bank hesabından dələduzluq yolu ilə pul çıxaran Gədəbəy sakini saxlanılıb
FHN: Ötən sutka ərzində 79 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Yevlax rayonunda polis əməkdaşına xəsarət yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb