×
A
A
A
Sazlamalar

İranda hərbi obyektdə qəza baş verib

Tehran, 26 may, AZƏRTAC

İranın Müdafiə Nazirliyinə məxsus sənaye kompleksində baş verən qəza nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
AZƏRTAC İranın Müdafiə Nazirliyinin verdiyi açıqlamaya istinadla xəbər verir ki, Tehranın yaxınlığındakı Parçin bölgəsində yerləşən sənaye kompleksində ordu üçün məhsullar istehsal olunur.
Qəzanın araşdırılması üçün hadisə yerinə mütəxəssislərdən ibarət qrup göndərilib.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2022-05-26 13:10:00