×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması”nın və “Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər:
3.1. Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yarımillik və illik dövrlər üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müvafiq hesabat dövründən sonrakı bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
3.2. Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə iki ay qalmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
3.3. Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 2 nömrəli əlavəsinə uyğun olaraq layihə bitdikdən sonra bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
4.1. Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər tərəfindən bu Qərarın 1 və 2 nömrəli əlavələrinə müvafiq olaraq təqdim edilmiş məlumatları ümumiləşdirib yarımillik və illik hesabat şəklində kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonra iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
4.2. Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə 45 təqvim günü qalmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 dekabr tarixli 385s nömrəli Sərəncamı ləğv edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 24 may 2022-ci il

Qərarlar 2022-05-26 12:22:00