Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
Bakı, 26 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi I Beynəlxalq incəsənət müsabiqə - festivalı "World Music Festival" müsabiqəsində uğurla çıxış edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, musiqi məktəbinin sinif şagirdi Fatimə Hüseynova münsiflər heyətinin qərarı ilə birinci yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqənin münsifləri ABŞ, İngiltərə, Almaniya və Qazaxıstanın tanınmış musiqi simaları olub.
İstedadlı şagirdin müəllimi Ləman Əhədova da təşəkkürnamə ilə təltif olunub.
Elvis Preslinin uşaqlıqda yaşadığı ev sökülmüş halda hərraca çıxarılacaq
“Ceyms Bond”un prodüseri yeni filmin çəkiliş tarixini açıqlayıb
Məmməd Səid Ordubadinin 150 illiyi münasibətilə tədbir keçirilib
“Təyinat məntəqəsi”nin yeni bölümünün çəkilişlərinə başlanılır