×
A
A
A
Sazlamalar

“Hüseyn Cavid sənəti: ideallar və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakı, 26 may, AZƏRTAC

Oktyabrın 24-də AMEA Hüseyn Cavidin ev-muzeyi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Hüseyn Cavid Sənəti: İdeallar və Müasir Dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Tədbir böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr ediləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konfransda “Hüseyn Cavidin həyat və yaradıcılığı”, “Hüseyn Cavidin dövrü, mühiti və müasirləri”, “Hüseyn Cavid teatrı”, “Hüseyn Cavid fəlsəfəsi”, “Cavidlər ailəsinin həyat və yaradıcılığı”, ”Cavidşünaslıq”, “Azərbaycan Respublikasının mədəniyyət siyasətində Hüseyn Cavid”, “Hüseyn Cavidin ev-muzeyinin fəaliyyəti” mövzularında məruzələr dinləniləcək.
Konfransda iştirak etmək istəyənlərin məruzələri (4-6 səhifə həcmində) iyunun 24-dək [email protected] ünvanına göndərməlidir. Hər məruzədə xülasə verilməlidir. Mətn Azərbaycanca/türkcə olarsa, xülasə ingilis, ingiliscə olarsa, xülasə Azərbaycan, rusca olarsa, xülasə Azərbaycan və ingilis dillərində tərtib olunmalıdır. Konfrans materiallarının ayrıca toplu şəklində nəşri nəzərdə tutulur. Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi və məruzələrin geri qaytarılması hüququna malikdir.

Elm və təhsil 2022-05-26 11:58:00