×
A
A
A
Sazlamalar

Şəhid Coşqun Bayramovun xatirəsinə abidə kompleksi inşa edilib

Qəbələ, 26 may, Mustafa Dadaşov, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri də Qəbələ rayonundan olan şəhid Coşqun Bayramovdur.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhidin xatirəsinə ehtiram əlaməti olaraq doğulduğu Kiçik Əmili kəndində abidə kompleksi inşa edilib. Kompleksin açılışında rayon icra hakimiyyətinin, idarə və müəssisələrin əməkdaşları, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və döyüş yoldaşları iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhid Coşqun Bayramovun şərəfli döyüş yolundan danışıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğulların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Məktəblilərin ifasında şəhidə həsr edilən şeir kompozisiyası səsləndirilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Regionlar 2022-05-26 11:46:00