×
A
A
A
Sazlamalar

Bakı məktəbində “Zəfər tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib

Bakı, 26 may, AZƏRTAC

Paytaxtdakı 262 nömrəli tam orta məktəbdə “Zəfər tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans işinə Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Kəmalə Babayeva konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetin əməkdaşları - professor Mübariz Əmirov, dosent Dəyanət Musayev və 262, 136, 171 nömrəli tam orta məktəblərin tarix müəllimləri çıxış ediblər.
Elmi-praktik konfransda iştirak edən tarix müəllimləri fənnin gündəlik və perspektiv planlaşdırılmasında Zəfər tariximizlə bağlı materialların tədris imkanları ilə tanış olublar.
Konfransın bədii hissəsində şeirlər səsləndirilib, musiqi və rəqs nömrələri təqdim edilib.

Elm və təhsil 2022-05-26 11:48:00