×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında 8 müsabiqə təşkil olunub

Bakı, 26 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə - “Baku Skills”, Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Ətraf mühitin qorunması və bərpa olunan enerji mənbələri” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilir - məktəblilər (A), tələbələr (B) və fərdi şəxslər və ya sahibkarlar (C). Bəzi müsabiqələr yalnız bir və ya iki kateqoriyada aparılır.
Qeyd edək ki, müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib. Onlardan 170 komanda finala vəsiqə qazanacaq.

 

Elm və təhsil 2022-05-26 11:45:00