×
A
A
A
Sazlamalar

Beynəlxalq tədbirdə “Gender yönümlü pedaqogika: Azərbaycanda həyata keçirilən təşəbbüslər” mövzusunda məruzə dinlənilib

Bakı, 26 may, AZƏRTAC

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycanın Efiopiyadakı səfirliyi və UNESCO-nun Efiopiyadakı ofisinin birgə təşkilatçılığı ilə “Gender üzrə bərabərsizliyin tədris-təlim prosesində aradan qaldırılması-Azərbaycan nümunəsi“ mövzusunda vebinar keçirib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Vebinarda UNESCO-nun Afrikada Bacarıqların İnkişafı üzrə Beynəlxalq İnstitutunun direktoru Yumiko Yokozeki, Azərbaycan Respublikasının Efiopiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Ruslan Nəsibov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Təhsil Nazirliyinin nümayəndələri və digər qurumlardan olan rəhbər şəxslər iştirak ediblər.
Vebinarda Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva “Gender yönümlü pedaqogika: Azərbaycanda həyata keçirilən təşəbbüslər” mövzusunda məruzə ilə çıxış edib.

Elm və təhsil 2022-05-26 11:34:00