Sumqayıt məktəbliləri Müstəqillik Gününə həsr olunan intellektual oyunda mübarizə aparıblar
Sumqayıt, 26 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda Heydər Əliyev Mərkəzində orta ümumtəhsil müəssisələrini təmsil edən VII-IX sinif şagirdlərindən ibarət komandalar arasında “Nə? Harada? Nə zaman” bilik yarışının qalibləri müəyyənləşib. 28 May – Müstəqillik Gününə həsr olunan intellektual yarış şəhər Gənclər və İdman Baş İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsi nəzdində Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən yarışda şəhərin orta ümumtəhsil məktəblərindən, ümumilikdə, 24 komanda iştirak edib.
Yekun nəticələrə əsasən, 11 saylı tam orta məktəbin “Supernova”, 28 saylı tam orta məktəbin “Kepler”, 23 saylı tam orta məktəbin “Pilot” komandaları müvafiq olaraq I, II, III yerlərə layiq görülüb.
Qalib komandalar Baş İdarənin fəxri fərman və hədiyyələri ilə təltif edilib.
Şirvanda iki il öncə törədilən oğurluq hadisəsinin üstü açılıb VİDEO
Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir
Şamaxıda növbəti dəfə Qida Festivalı təşkil olunub VİDEO
Cəbrayıl rayonunun Balyand kəndi
Gəncə Dövlət Universitetində polis əməkdaşları ilə görüş keçirilib