×
A
A
A
Sazlamalar

Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurahmanovun xatirəsinə həsr olunan turnirdə 200-dək cüdoçu mübarizə aparıb

Qəbələ, 26 may, Mustafa Dadaşov, AZƏRTAC

“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Əfqan Abdurahmanovun xatirəsinə həsr olunan ənənəvi cüdo turniri keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, idman kompleksinin nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Turnirdə 2010-2012-ci il təvəllüdlü 198 cüdoçunun təmsil olunduğu 18 komanda mübarizə aparıb. İdmançılar 10 çəki dərəcəsi üzrə yarışıblar. Ənənəvi keçirilməsi nəzərdə tutulan turnirin ilk yarışında Qəbələ ilə yanaşı, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin, Ucar, Zaqatala və İsmayıllı rayonlarının idmançıları da qüvvələrini sınayıblar.

 

 

Regionlar 2022-05-26 10:58:00