Beynəlxalq konfrans: Elm və təhsildə innovativ texnologiyalar
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında V Elm və Təhsildə İnnovativ Texnologiyalar Beynəlxalq Konfransı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfrans ADPU ilə Türkiyə Cümhuriyyətinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə reallaşıb. Konfransa 20-dən artıq ölkənin elm adamları qatılıb.
Rektor Cəfər Cəfərov dünyada elm və təhsilin aktual rolunu qeyd edərək birgə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb və onun işinə uğurlar arzulayıb.
Plenar iclasda elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Elmi-Tədqiqat Mərkəzinin müdiri dosent Ərəstun Mehdiyev və Türkiyənin İKSAD İnstitutunun direktoru doktor Mustafa Latif Emek mövzu ilə bağlı çıxış ediblər.
Konfrans işini “Təhsil və pedaqoji-psixoloji tədqiqatlarda innovativ texnologiyalar”, “Riyaziyyat, texnika və təbiət elmləri sahəsində fundamental tədqiqatlar və innovativ texnologiyalar”, “İctimai və humanitar elmlərdə innovativ araşdırmalar” bölmələrində davam etdirib.
Kiber-fiziki sistemlərdə “fog computing” texnologiyalarının tətbiqi məsələləri tədqiq olunur
NFT texnologiyasının inkişaf perspektivləri tədqiq edilir
“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlanıb
İnformasiya təhlükəsizliyinin monitorinqi sistemlərinin analizi aparılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 178 məktəbdə STEAM layihəsi tətbiq edilib